ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Kreditə zamin duranlar üçün "kredit xətti müqaviləsi" tələsi var. Kredit verən bankların bəziləri ciddi bir qanun pozuntusuna yol verirlər, vətəndaşın (zamin duranın) məlumatlılığı olmadan, zamin dərk etmədən, elə bir zaminlik müqaviləsinə imza atdırırlar ki, zamin borcalanın 1 kreditinə görə deyil, 10 il ərzində alacağı bir neçə kreditə zamin durur. Özü bunu bilmədən və istəmədən edirlər. Neçənci vətəndaşdır ki, mənə müraciət edir. İndiki də Express Bankdır".
"Cebheinfo.az" xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev bildirib.

"Vətəndaş düşünüb ki, 1 kredit müqaviləsinə zamin durur, əslində o borc da bağlanmışdı. Daha sonra əsas borclu zaminin xəbəri olmadan ikinci krediti götürür və qaytarmır; iş gedir məhkəməyə və zamin "kredit xətti müqaviləsinə" imza atdığına görə indi üzərində borc var. Hər 2 avtomobilinə həbs qoyulub. Bank isə zaminə imza atdıranda, müqavilənin məzmununu ona imza etməyib.
Mərkəzi Bank bu işlərə ciddi nəzarət etməlidir, məhkəmələr isə bu qəbildən zaminlik müqavilələrini "vacib əhəmmiyyətli yanılma" səbəbi ilə etibarsız saymalıdır", deyə o bildirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.