"Mehmed Fetihler Sultanı" serialına yeni aktrisa daxil olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihədə Alma Terzic Saraçoğlu rol alacaq. O, layihədə "Bosniya kraliçası" obrazını canlandıracaq.
Qeyd edək ki, aktrisa daha öncə "Kuruluş Osman" serialında da oynayıb.