
Türkiyənin Daxili İşlər Nazirliyinin Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mansur Yavaş haqqında istintaq aparılmasına icazə verdiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb.
İddiaya görə, DİN Yavaş və bələdiyyə məclisinin 38 üzvü barəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə” iddiası ilə istintaq aparılmasına icazə verib.