AZ

Ford ABŞ-də 270 mindən çox elektrik və hibrid avtomobilini geri çağırır

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-noyabr aylarında İran vətəndaşları Türkiyədə min 646 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 281 obyekt azdır.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin noyabr ayında İran vətəndaşları Türkiyədə 147 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 53 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyədə 141 min 100 mənzil satın alınıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,8 faiz azdır.

Məlumata görə, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyədə 1 milyon 434 min 133 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara min 934 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.

Eyni ilin yanvar- noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 18 min 993 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azdır.

Seçilən
94
turkic.world

1Mənbələr