AZ

Putinlə Trampın görüşü zamanı elə biri dua edib ki...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avqust ayında Alyaskada Rusiya  Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında danışıqlar zamanı dua etmişdim”.

Globalinfo.az xəbər verir ki, bunu rus bəstəkarı Pyotr Çaykovskinin nəslindən olan Denis fon Mek deyib.

“Həmin görüş baş tutanda dua etdim ki, “Alyaska” sözü tarixə müsbət bir şey kimi düşsün. Allaha şükür ki, belə də oldu”, – deyə o bildirib.

Qeyd edək ki, avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp yeddi ildən sonra ilk tammiqyaslı görüş  keçiriblər. Zirvə görüşü Alyaskanın Ankoric şəhərində baş tutub və liderlər əsasən Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
globalinfo.az

1Mənbələr