AZ

Mask Rusiya ilə bağlı iddianı bir sözlə təsdiqlədi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikalı iş adamı İlon Mask ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın son çıxışı ilə razılaşıb.

Globalinfo.az xəbər verir ki, o, Qabbardın “Dərin dövlət” və onun media qurumlarının ABŞ Prezidenti Donald Trampın Ukraynadakı sülh səylərini sabotaj etmək istədiyi iddiasını təsdiqləyib.

Mask bu barədə “X” sosial media saytında yazıb. “Düz deyirsən”, – deyə milyarder ABŞ milli kəşfiyyatının rəhbərinin açıqlamasına reaksiya verib.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard “Dərin dövlət” Ukraynadakı münaqişənin həllinə mane olmaq və nəticədə ABŞ-ni Rusiya ilə birbaşa hərbi toqquşmaya cəlb etmək üçün əlindən gələni edir”, – deyə bildirmişdi.

“Aylardır görürəm ki, hər dəfə irəliləyiş əldə edildikdə və sülhə ümid yaxınlaşdıqda, “dərin dövlət” müharibənin alovlandırıcıları onların fəaliyyətini dayandırmaq üçün əllərindən gələni edir. Məqsəd ABŞ ordusunu Rusiya ilə birbaşa münaqişəyə cəlb etməkdir ki, bu da nəticədə Avropa İttifaqı və NATO-nun istədiyi vəziyyətdir. Biz buna imkan verə bilmərik”, – o əlavə etmişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
globalinfo.az

1Mənbələr