AZ

Həkim bağırsağı sağlam saxlayan məşhur içkilərin adını açıqladı

Piroqov Universitetinin Ana və Uşaq Sağlamlığı İnstitutunun Pediatriya kafedrasının dosenti Olqa Tarasova "Gazeta" nəşrinə maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, mütəxəssis bildirib ki, bananlı kefir smuziləri, zəncərotu(kasnı otu), yaşıl çay, qaragiləli yoqurt və çay üçün olan göbələk iltihabli bağırsaq xəstəlikləri ilə mübarizə aparmağa və bağırsaqlarda faydalı bakteriyaların sayını qorumağa kömək edir.

Tarasovanın sözlərinə görə, həzm sağlamlığı immun funksiyasına əhəmiyyətli dərəcədə töhfə verir. Çünki bağırsaq bakteriyaları vitamin sintezini təşviq edir və patogenlərlə mübarizə aparır. Mütəxəssis bağırsaqların fəaliyyətini normallaşdırmaq üçün özündə probiotiklər ehtiva edən məhsullara diqqət yetirməyi tövsiyə edib.

"Məsələn, kefir və qatıqda faydalı canlı mikroorqanizmlər var ki, onların analoqu bağırsaqlarda olur. Laktobasillər və bifidobakteriyaları misal çəkmək olar. Kombuça çayı (çay göbələyi) içmək də onların populyasiyasının artmasına kömək edir", - deyə mütəxəssis bildirib.

Seçilən
89
publika.az

1Mənbələr