AZ

Bakıda yanğın baş verib (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın başverməsi barədə məlumat daxil olub.

Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə başvermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 942 kv.m. olan tütünməmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuşobyektin yanar konstruksiyaları 400 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizəolunub.

Seçilən
72
30
az.trend.az

10Mənbələr