AZ

Tyaqo Silvanın yeni klubu bilindi - RƏSMİ

Braziliya millisinin keçmiş müdafiəçisi Tiaqo Silva Portuqaliyanın "Portu" klubuna keçib. 

Fanat.Az xəbər verir ki, sözügedən klub bu transferi rəsmi saytında açıqlayıb. 

41 yaşlı futbolçu "Portu" ilə 2026-cı ilin iyun ayına qədər qısamüddətli müqavilə imzalayıb və müqaviləni daha bir mövsüm uzatmaq hüququ da var. 

Xatırladaq ki, "Milan", PSJ və "Çelsi" kimi nəhəng klubların keçmiş oyunçusu "Fluminense"dən yeni ayrılıb. Tiaqo Silva Braziliya klubunda 212 oyun keçirib, 19 qol vurub və uzun müddət komandanın kapitanı olub. 

"Portu" bu mövsüm 14 turda 40 xal qazanıb və Portuqaliya çempionatında turnir cədvəlinə başçılıq edir.
 

Seçilən
32
fanat.az

1Mənbələr