AZ

Çinin ən böyük dəniz yatağı REKORD QIRDI

Çinin Milli Dəniz Neft-Qaz Korporasiyası (CNOOC) 2025-ci ildə Bohay yatağında hasilat üzrə rekord göstəriciyə nail olub. Belə ki, neft ekvivalenti ilə 40 milyon ton neft və qaz hasil edilib.

Publika.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu nəticə şirkətə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı sosial-iqtisadi inkişafa mühüm töhfə verməyə imkan yaradıb.

Korporasiya nümayəndəsinin sözlərinə görə, göstəricilərin artımı “Kenli 10-2” və “Boçjun 26-6” yataqları da daxil olmaqla bir sıra əsas obyektlərin səmərəli istismarı ilə bağlıdır. Paralel olaraq rəqəmsal transformasiya prosesi və intellektual texnologiyaların tətbiqi sürətləndirilib.

Seçilən
121
publika.az

1Mənbələr