AZ

Oğuzda mikroavtobus ağaca çırpılıb, ölən və yaralanan varFOTO

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Sincan kəndində qeydə alınıb. Mahama Dibirovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobus ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzada xəsarət alan 65 yaşlı Natalya Tahirova, 64 yaşlı Cəmilə Əhmədova, 18 yaşlı Qurban Mirzəyev, 53 yaşlı Azad Puçaxov, 65 yaşlı Xədicəmaral Xəlilova və 67 yaşlı Cənnətey Qumbarova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

  • Oğuzda
  • Oğuzda
  • Oğuzda
Seçilən
53
1
xezerxeber.az

2Mənbələr