AZ

Zelenski: Kiyev 800 minlik ordunu maliyyələşdirə bilməyəcək

Ukrayna Prezidenti Vladimir Zelenski etiraf edib ki, ölkə 800 min nəfərlik ordunu maliyyələşdirmək imkanına malik deyil.

Doğru.az xəbər verir ki, RİA Novosti Ukraynanın Novosti.LIVE telekanalına istinadən bildirir ki, Zelenski ordunu qismən tərəfdaş ölkələrdən maliyyələşdirməyi planlaşdırır.

“Bu, mümkün deyil; bizim maliyyə resurslarımız yoxdur. Buna görə də bu ölkələrin liderləri ilə dialoqlar aparıram”, – deyə o, münaqişə bitdikdən sonra ordunun saxlanması ilə bağlı suala cavabında bildirib.

Bundan əvvəl hərbi ekspert və Fransa ordusunun keçmiş paraşütçü zabiti Ksavye Moreau Ukraynada Fransa qoşunlarının olduğunu təsdiqləyib. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı isə Ukraynaya 2000 əsgərdən ibarət kontingent göndərməyə hazırlaşır.

DOĞRU.AZ

Seçilən
18
dogru.az

1Mənbələr