AZ

Hakan Fidan ABŞ-da Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıb

Bakı. Trend:

Mayamiyə səfəri zamanı Türkiyə xarici işlər naziri Hakan FidanABŞ, Avropa və Ukrayna nümayəndələri ilə Ukraynadakı nizamlamaətrafında aparılan müzakirələrin hazırkı vəziyyətini müzakirəedib.

Trend-in məlumatına görə, bu barədə nazir Türkiyə KİV-lərinədeyib.

"Bu həftə sonu Qəzza görüşünə Ukrayna ilə bağlı danışıqlar əlavəolunub. Amerikalılar, avropalılar və ukraynalılarla sülhdanışıqları kontekstində son inkişafları müzakirə etdik və onlarınfikirlərini öyrəndik. Bildiyiniz kimi, Prezidentimiz [TayyibƏrdoğan] bu yaxınlarda Türkmənistana səfər etdi və orada RusiyaPrezidenti Vladimir Putinlə uzun söhbət etdi. Beləliklə, müzakirəolunan məsələlərlə bağlı Rusiya tərəfinin fikirlərini birbaşaöyrənə bildik. Dünən həmçinin amerikalıların, avropalıların vəukraynalıların öz aralarında müzakirə etdikləri məsələlərlə bağlımövqelərini öyrəndik", - deyə nazir bildirib.

Seçilən
61
2
az.trend.az

3Mənbələr