AZ

Mərc lənəti davam edir: Bu dəfə görün nə qədər uduzdu

Məşhur kanadalı repçi Dreyk boksla bağlı uğursuz mərcinə görə gündəmə gəlib.

Publika.az xəbər verir ki, musiqiçi amerikalı bloqer və şoumen Ceyk Polun sabiq ağır çəki üzrə dünya çempionu Entoni Coşua ilə döyüşdə qələbəsinə 200 min dollar mərc edib. Qələbə halında Dreyk 1,6 milyon dollardan çox qazanc əldə edə bilərdi, lakin risk özünü doğrultmayıb.

Peşəkar boksçu Entoni Coşua döyüşün gedişinə tam nəzarət edib və altıncı raundda Ceyk Polu nokautla məğlub edərək repçinin böyük qazanc ümidlərini puç edib.

Seçilən
73
publika.az

1Mənbələr