Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş üçün Vaşinqtonun təşəbbüsünü dəstəkləyir.
Doğru.az xəbər verir ki, RİA Novosti agentliyinə istinadən Zelenski deyib: “Biz ABŞ-ın təklifini dəstəkləyəcəyik”.
Qeyd edək ki, daha əvvəl Zelenski Rusiyanın iştirakı ilə çoxtərəfli danışıqlara icazə vermişdi. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik isə Ukrayna və Aİ-ni danışıqlara süni maneələr yaratmaq əvəzinə, böhranın həllinə yönəlməyə çağırıb.
DOĞRU.AZ