AZ

Tiaqo Silva 41 yaşında “Portu”ya keçib

Bakı, 20 dekabr, AZƏRTAC

Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.

AZƏRTAC xəbər verir ki, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu” komandasına keçib.

Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə sözləşməni daha 6 ay uzada bilər.

Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda oynayıb.

Seçilən
42
12
azertag.az

10Mənbələr