Sea Breeze
Bu gün Bakı şəhərində Sabir Mustafayevin və oğlu Ruslan Mustafayevin Kəlbəcər balının istehsalı və satışı ilə məşğul olan “Ballənd Kəlbəcər Balı və Arı Məhsulları” mağazasının açılış mərasimi keçirildi. Bu hadisə təkcə yeni bir ticarət obyektinin istifadəyə verilməsi deyil, eyni zamanda işğaldan azad olunmuş Kəlbəcər rayonunun iqtisadi potensialının, təbii sərvətlərinin və brend dəyərinin paytaxtda uğurla təmsil olunmasının bariz göstəricisidir. Qeyd edək ki, “Ballənd” brendinin ilk fəaliyyəti məhz azad Kəlbəcər torpaqlarında başlanmış və qısa müddətdə keyfiyyətli məhsulları ilə geniş rəğbət qazanmışdır.Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcər rayonuna həyata keçirdiyi səfərlər çərçivəsində Sabir Mustafayevin arı təsərrüfatında olması, eləcə də “Ballənd” mağazasını ziyarət etməsi bu sahəyə göstərilən dövlət qayğısının və diqqətinin açıq ifadəsidir. Cənab Prezident Kəlbəcər balının yüksək keyfiyyətini xüsusi vurğulamış, onun ekoloji cəhətdən təmiz və nadir məhsul olduğunu qeyd etmiş, bu bölgənin balının daha geniş tanıdılması, istehsal həcminin artırılması və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı mühüm tövsiyələrini vermişdir.Bu gün işğaldan azad olunmuş torpaqlarımızda, xüsusilə də Kəlbəcər kimi zəngin flora və faunaya malik bölgələrdə arıçılıq təsərrüfatının inkişafı üçün geniş və əlverişli imkanlar mövcuddur. Dövlət tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, sahibkarlığın inkişafına göstərilən dəstək kənd təsərrüfatının bu sahəsinin sürətlə dirçəlməsinə şərait yaradır. Kəlbəcər balının yerli bazarla yanaşı, beynəlxalq bazarlara çıxarılması istiqamətində sistemli və məqsədyönlü işlər aparılır ki, bu da Azərbaycanın qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.Bu əlamətdar hadisə münasibətilə “Ballənd Kəlbəcər Balı və Arı Məhsulları” kollektivini səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayırıq. İnanırıq ki, bu brend yaxın gələcəkdə daha da inkişaf edəcək, yeni filiallar açaraq Azərbaycan balını dünya miqyasında layiqincə təmsil edəcəkdir. İnşallah, növbəti filialınız ölkəmizdən kənarda fəaliyyətə başlayacaq və “Made in Azerbaijan” brendinin tanıdılmasına mühüm töhfə verəcəkdir.Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.Həbib MisirovYAP Kəlbəcər rayon təşkilatının sədri
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX