
“Fənərbaxça” prezidenti Sadeddin Saran barəsində aparılan istintaqla bağlı yeni detallar açıqlanıb.
Məlumata görə, S. Saran Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda təxminən 45 dəqiqə davam edən prosedurlardan sonra yenidən İstanbul Ədliyyə Sarayına gətirilib.
İstintaq çərçivəsində görülən tədbirlərdən sonra “Fənərbaxça” prezidenti barəsində ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tətbiq olunmaqla azadlığa buraxılıb.
***
Qeyd edək ki, Sadeddin Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğunda ifadə verib.
Səhər saatlarında İstanbul Ədalət Sarayına gələn klub rəhbərinin dindirilməsi prosesi başa çatıb. İfadə verdikdən sonra geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasından çıxarılan Saran Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib.
Bildirilib ki, orada Sadeddin Sarandan narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürülüb.
Ekspertiza prosedurları tamamlandıqdan sonra S. Saran yenidən məhkəməyə gətirilib.
Xatırladaq ki, ötən gün klub rəhbərinin evində axtarış aparılmışdı.