AZ

“Mançester Siti” “Vest Hem”i darmadağın edib

İngiltərə Premyer Liqasının 17-ci turunun “Mançester Siti” və “Vest Hem Yunayted” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.

Meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Erlinq Holand altıncı dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi Teyani Reynders 39-cu dəqiqədə “Siti”nin ikinci qolunu vurub. Holand ikinci hissənin 69-cu dəqiqəsində dubl edib.

İdman.Biz
Seçilən
79
1
idman.biz

2Mənbələr