AZ

Zelenski Putinin Ukraynadakı seçkilərlə bağlı təklifinə cavab verdi

BAKI, 20 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən işğal olunmuş ərazilərdə seçkilərin keçirilməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinin "Rusiya ərazilərində yaşayan Ukrayna vətəndaşlarının səsləri nəzərə alınsın"ı təklifinə belə cavab verib:"Ukraynanın nəzarətində olmayan ərazilərdə seçkilər keçirilə bilməz. Çünki onların necə keçiriləcəyi bəllidir".

Zelenski əlavə edib ki, Kiyev seçkilərin keçirilməsində təşkilati çətinliklərlə üzləşə bilər, çünki hazırda çox sayda ukraynalı xaricdədir.

Dekabrın 20-də Zelenski vəzifədə qalmaq istəmədiyini və demokratik seçkilər keçirməyə hazır olduğunu açıqladı. Bununla belə, o, səsvermənin bütün zəruri tədbirlər görüldükdən sonra keçirilə biləcəyini qeyd edib.

Seçilən
69
teleqraf.com

1Mənbələr