AZ

Ulduzlararası 3I/ATLAS kometi Yerə ən yaxın məsafədən keçdi

Günəş Sisteminin xaricindən gəldiyi düşünülən üçüncü məlum səma cismi olan 3I/ATLAS kometi Yerə ən yaxın nöqtəsini keçib.

Turkustan.az xəbər verir ki, Space.com saytının məlumatına görə, komet 19 dekabr tarixində Türkiyə vaxtı ilə saat 11:30-da Yerə təxminən 270 milyon kilometr məsafəyə qədər yaxınlaşıb və bundan sonra hərəkətini davam etdirib.

Beləliklə, 3I/ATLAS kometi Yerə ən yaxın keçid nöqtəsini geridə qoyub.

Beynəlxalq Kosmik Stansiya (BKS) ABŞ-da yerləşən X sosial şəbəkəsindəki rəsmi hesabında kometin görüntülərini paylaşaraq, “Ulduzlararası 3I/ATLAS kometi 19 dekabrda Yerə ən yaxın məsafəyə çatdı” açıqlamasını verib.

Komet 1 iyul tarixində Çilidə yerləşən ATLAS teleskopu vasitəsilə kəşf edilib.

Qeyd edək ki, 3I/ATLAS Günəş Sisteminin xaricindən gəldiyi müəyyən edilən üçüncü məlum göy cismi hesab olunur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
72
turkustan.az

1Mənbələr