AZ

Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ

"İtirilmiş ərazilərdə seçkilər keçirilməyəcək".

Publika.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Beləliklə, dövlət başçısı Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Ukraynada seçkilər keçiriləcəyi halda Rusiyanın nəzarətində olan ərazilərdə yaşayan vətəndaşların səslərinin nəzərə alınması təklifinə cavab verib.

“Ukraynanın nəzarətində olmayan ərazilərdə seçkilər keçirilə bilməz, çünki aydındır ki, onların necə keçiriləcəyi məlumdur”, - deyə Zelenski Portuqaliyanın baş naziri Luiş Monteneqru ilə birgə mətbuat konfransında bildirib.

Eyni zamanda o vurğulayıb ki, Kiyev seçkilərin təşkili zamanı müəyyən çətinliklərlə üzləşə bilər, çünki hazırda çox sayda ukraynalı xaricdə yaşayır. Dövlət başçısının sözlərinə görə, Ukraynanın Xarici İşlər Nazirliyi xaricdə səsvermə üçün infrastruktur yaratmaq üzərində işləyir.

Seçilən
45
publika.az

1Mənbələr