AZ

Papa gecələr buna görə internetə girirmiş

Papa XIV Leo alman dilini öyrənmək üçün gecələr "Duolingo" tətbiqindən istifadə edir.

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

İtaliya qəzeti yazır ki, papa seçilməzdən əvvəl internetdə istifadə etdiyi "@drprevost" ləqəbi ilə tanınır. Vatikan bu məlumatla bağlı rəsmi açıqlama verməyib, lakin XIV Leonun qardaşı Con Prevost müsahibəsində bildirib ki, papa yuxusuzluqdan əziyyət çəkəndə alman dilini öyrənə bilər.

Məqalədə bildirilir ki, Roma Papası hər axşam yatmazdan əvvəl "Wordle" və "Words With Friends" adlı onlayn oyunları oynayır, o cümlədən Prevostla birlikdə. Bu yolla o, fikrini yayındırır və ailəsi ilə əlaqəni qoruyub saxlayır.

Roma Papasının qardaşının sözlərinə görə, 70 yaşlı XIV Leo tennis oynayır. Apostol sarayında təmir işləri başa çatdıqdan sonra onun üçün idman zalı da qurulacaq.

Seçilən
53
3
publika.az

3Mənbələr