AZ

"Olduqca önəmli xallar itirdik" - Rəşad Sadıqov

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Fanat.Az xəbər verir ki, günün son matçında “Zirə” “İmişli”ni sınağa çəkib. Matçda hesab açılmayıb.

Oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiədə olurdu. Biz də müdafiə xəttini yarmağa çalışırdıq. Matç bizim üçün yaxşı başladı. Çoxsaylı hücumlarımız var idi. Sayılmayan qolumuz oldu. İkinci hissədə sürət daha da artdı. Epizodları dəyərləndirə bilmədik. Düşünürəm ki, olduqca önəmli xallar itirdik. Artıq fasiləyə gedirik. Bu vaxta kimi olan matçlarda futbolçularımın performansından razıyam. İtkilərimiz çoxdur, bunun da nəticələrini görürük. Ümid edirəm qış fasiləsindən sonra bu qədər problem yaşamarıq" 

Seçilən
49
1
fanat.az

2Mənbələr