AZ

ABŞ dan Ukrayna, Rusiya və Avropaya mühüm təklif...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ, Ukrayna, Rusiya və Avropa nümayəndələrinin iştirakı ilə mümkün sülh danışıqları çərçivəsində birbaşa görüş formatı təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski Portuqaliyanın Baş naziri Luiş Monteneqru ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.

“ABŞ həqiqətən də Rusiya nümayəndələri ilə ayrıca görüş keçirəcəyini bildirdi və belə bir format təklif etdi. Görüşdə Ukrayna, Amerika, Rusiya və yəqin ki, Avropa nümayəndələri iştirak etməlidir”, — deyə Zelenski vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, belə bir görüş yalnız ABŞ və Ukrayna arasında artıq baş tutmuş danışıqların nəticələrinin təhlilindən sonra mümkün ola bilər.

“Amerika ilə Ukrayna arasında baş tutan görüşün potensial nəticəsini anladıqdan sonra belə bir birgə görüş keçirmək daha məntiqli olardı”, — deyə prezident bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
globalinfo.az

1Mənbələr