Bakı. Trend:
Dekabrın 20-də maliyyə naziri, Azərbaycan və MonteneqroHökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanınhəmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Başnazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçinrəhbərik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdəAzərbaycan–Monteneqro münasibətlərinin dostluq, qarşılıqlı hörmətvə tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb, bu əlaqələrin2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfərizamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə iləmöhkəm təməl üzərində qurulduğu qeyd edilib.
S.Babayev Azərbaycan ilə Monteneqro arasında ikitərəflimünasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə BirgəKomissiyanın rolunu qeyd edərək, bu mexanizmin siyasi iradəninkonkret iqtisadi nəticələrə çevrilməsində mühüm platforma olduğunubildirib. Qeyd olunub ki, 2026-cı ilin mart ayında keçirilməsinəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyiticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar,yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıqsahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək.
Görüşdə ticarət və investisiya məsələləri də müzakirə olunub,Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digərprioritet sahələrdə investisiya imkanlarından yararlanmağa dəvətolunub.
Öz növbəsində, E.İbrahimoviç Monteneqronun Azərbaycan iləəlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, siyasidialoqun və yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəflimünasibətlərin dərinləşdirilməsində mühüm rol oynadığını qeyd edib.O, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığıngenişləndirilməsi üçün əlverişli potensialın mövcud olduğunuvurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparılıb.