"Real Madrid" orta sahada oyuna nəzarəti tam ələ almaq və tempi müəyyən etmək üçün axtardığı "əskik parçanı" Parisdə tapıb.
Fanat.Az xəbər verir ki, İspaniyanın məşhur "Marca" nəşrinin yaydığı məlumata görə, "kral klubu" PSJ-nin portuqaliyalı ulduzu Vitinyanı transfer hədəfinə çevirib.
Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm PSJ forması ilə çıxdığı 23 rəsmi matçda 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Klub rəhbərliyi hesab edir ki, Vitinyanın texnikası və oyun qurmaq bacarığı komandanın orta sahədəki tempini nizamlamaq üçün həlledici rol oynayacaq.
Hazırda transferin maliyyə detalları və PSJ-nin bu təklifə necə yanaşacağı futbol ictimaiyyəti tərəfindən maraqla izlənilir.
Kamil Xudiyev