AZ

Azərbaycan klubunda əcnəbilərin parlamasının sirri bilindi - AÇIQLAMA

Ötən mövsüm "Şamaxı"nın hədəfləri liqada qalmaq olsa da, heyətində özünü yaxşı tərəfdən göstərən əcnəbilər az olmadı.

Belajdi Pusi elə qiş fasiləsində Rusiyanın "Fakel" klubuna transfer olundu. Təxminən 200 min manat qarşılığında.

Brahim Konate və Leroy Mikels "Zirə"nin yolunu tutdu. Ötən mövsümkü heyətdən hazırda da heyətdə yer alan Alfonsa Msanqa, Rikardo Fernandes kimi əcnəbilər yaxşı mənada adından söz etdirməyi bacarır.

Yayda heyətə cəlb edilən Dieqo Balau, Rikardo Appalinaro və Kərim Rossi ən çox danışılan adlardır. Legionerin bu klubda belə sürətlə inkişaf etməyinin arxasında nə durur? Sirri nədir?

Dioqo Balau Sportinfo.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:

"Şamaxı"dakı məşqçilər heyəti işimizi çox asanlaşdırır. Burada özümüzü evdəki kimi hiss edirik.

Bu da futbolçunun özünü rahat hiss etməsinə və yaxşı formada olmasına kömək edir.

Məncə, əsas sirri skautla bağlıdır. O, əcnəbi oyunçuları necə seçməyi bilir".

XANOĞLAN

Seçilən
52
sportinfo.az

1Mənbələr