Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Çinli elektrik avtomobilini tamamilə külək axını ilə şarj etməyi sınaqdan keçirib. O, saatda 90 km sürətlə hərəkət edərkən 28 km məsafədə avtomobilə əlavə elektrik enerjisi toplayıb və nəticədə avtomobil 100 km-lik məsafəyə çatmaq üçün kifayət qədər enerji əldə edib. Bu da deməyə əsas verir ki, o, hava axını ilə çalışan avtomobil konseptini praktikada sınaqdan keçirib. Elektrik enerjisinin küləkdən alınması külək turbinləri vasitəsilə həyata keçirilir. Sadə dillə desək, küləyin kinetik enerjisi turbinləri fırladır, bu fırlanma isə generator vasitəsilə elektrik enerjisinə çevrilir.Külək enerjisi ilə şarj olunan avtomobillər nə qədər effektiv və təhlükəsiz ola bilər?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, gələcəkdə bu texnologiyaya əsaslanan nəqliyyat vasitələrinin istehsalı mümkün ola bilər.
Eldəniz Cəfərov
“Küləkdən elektrik enerjisinin alınması təcrübəsi var və bu, Azərbaycanda da tətbiq olunur. Sadəcə bu üsul hələ avtomobil nəqliyyatında sınaqdan keçirilməmişdi. İndi bu sahədə ilk cəhd edilib və düşünürəm ki, bu, yaxşı alternativdir. Əgər effektiv alınsa, gələcəkdə bu texnologiyaya əsaslanan nəqliyyat vasitələrinin istehsalı da mümkün ola bilər.
Yaponiyada su ilə işləyən avtomobil nümunəsi də var. Su kristallarının hava ilə təmasından əldə olunan enerji avtomobilin işləməsinə şərait yaradır. Bu kimi texnologiyalar gələcəkdə daha da inkişaf edəcək və yayılacaq”-deyə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.