AZ

İordaniya Suriyadakı İŞİD bazalarına qarşı əməliyyatda iştirak edib

Bakı. Trend:

İordaniya təyyarələri ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdəSuriyada İŞİD terror qruplaşmasının hədəflərinə zərbələrendirib.

Trend-in məlumatına görə, bu barədə İordaniya MüdafiəNazirliyinin rəsmi nümayəndəsi bildirib.

"İordaniya Hərbi Hava Qüvvələri cümə günü səhər saatlarındaSuriyanın cənubundakı bir neçə İŞİD mövqesinə hücum edib. Havahücumunda iştirak ABŞ komandanlığı ilə sıx əməkdaşlıq şəraitindəhəyata keçirilib", - deyə bildirilib.

Qeyd edilib ki, Suriyadakı keçid hökuməti noyabr ayında ABŞ-ınrəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qoşulub.

"Bu əməliyyat terrorizmə qarşı müharibənin bir hissəsidir vəekstremistlərin ələ keçirdikləri əraziləri sığınacaq kimi istifadəetməsinin qarşısını almağa yönəlib ki, bu da Suriyaya qonşudövlətlərin təhlükəsizliyinə təhdid yaradır", - deyə əlavəedilib.

Seçilən
46
1
az.trend.az

2Mənbələr