ABŞ-nin Şimal-Qərb Universiteti və Kaliforniya Universitetinin alimləri solaryumların dəri xərçəngi riskinə təsiri ilə bağlı hərtərəfli araşdırma aparıblar.
Ölkə.Az “haber7”yə istinadla xəbər verir ki, sözügedən elmi tədqiqat “Science Advances” jurnalında dərc edilib.
Tədqiqatda təxminən 3000 solarium istifadəçisinin sağlamlıq qeydləri, eyni yaş qrupundakı və heç vaxt solariumdan istifadə etməyən 3000 insanın qeydləri ilə müqayisə edilib.
Tapıntılara görə, solyarium istifadə edən qrupun 5,1%-də melanoma inkişaf etsə də, solyarium istifadə etməyənlərdə isə bu nisbət 2,1% olaraq qalıb.
Yaş, cins, günəş yanığı tarixçəsi və ailə xəstəlik tarixçəsi kimi amillər nəzərə alınmaqla, solyarium istifadəsinin melanoma inkişaf riskini 2,85 dəfə artırdığı müəyyən edilib.
Bundan əlavə, melanoma ilə əlaqəli mutasiyaların hətta bel və omba kimi adətən günəş işığına məruz qalmayan bölgələrdə də mövcud olduğu aşkar edilib.
Yəni solyariumlar DNT zədələnməsinə səbəb olur və dəri xərçəngi inkişaf ehtimalını təxminən üç dəfə artırır.
Billurə