AZ

“Real”a keçmək üçün İngiltərə nəhənglərinin təkliflərini rədd etdi

“Komo”nun yarımmüdafiəçisi Niko Pas “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Arsenal”dan gələn təklifləri rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 21 yaşlı argentinalı futbolçu akademiyasının yetirməsi olduğu “Real”a qayıtmaq istəyir. Qeyd olunur ki, Madrid klubunda yarımmüdafiəçidə ciddi potensial görürlər və onu 2026-cı ilin yayında geri almağa hazırdırlar.

Seçilən
50
publika.az

1Mənbələr