AZ

Ermənistan Rusiyadan Kostanyanın ekstradisiyasını tələb etdi

Ermənistan Rusiyadan keçmiş baş prokuror Gevorq Kostanyanın ekstradisiyasını rəsmi şəkildə tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın KİV-ləri məlumat yayıb.

Ermənistan Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilir ki, 17 dekabrda Rusiya Baş Prokurorluğuna rəsmi müraciət göndərilib və Kostanyanın Ermənistana təhvil verilməsi istənilib.

Qeyd olunur ki, bu, ilk müraciət deyil — əvvəlki müraciətə Rusiya rədd cavabı verib.

Ermənistanın baş prokuroru Anna Vardapetyan 18 noyabrda parlamentdə bildirmişdi ki, martın 1-i işi üzrə Gevorq Kostanyanın və həmin iş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaagn Arutyunyanın ekstradisiyası ilə bağlı Rusiya tərəfinə yenidən müraciət olunacaq. Onun sözlərinə görə, hər iki şəxs Rusiyada yaşayır və beynəlxalq axtarışdadır.

Seçilən
31
nocomment.az

1Mənbələr