AZ

Türkiyə ilə Oman arasında əlaqələr genişlənir

Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek bildirib ki, Türkiyə–Oman 13-cü Dövr Qarışıq İqtisadi Komitə (QİK) iclası çərçivəsində iki ölkə arasında enerji, təhsil, səhiyyə və nəqliyyat da daxil olmaqla 17 müxtəlif sahəni əhatə edən əməkdaşlıq protokolu imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Xəzinə və Maliyyə naziri Şimşek rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Oman Ticarət, Sənaye və İnvestisiya Təşviqi naziri Qais Mohammed Al Yousef və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Türkiyəli nazir Şimşek sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Türkiyə–Oman 13-cü Dövr Qarışıq İqtisadi Komitə iclası münasibətilə keçirilən görüşlərin olduqca səmərəli keçdiyini qeyd edib.

İclas çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirəcək addımların atıldığını bildirən Şimşek aşağıdakı məlumatları paylaşıb:

“Görüşlərimiz zamanı enerji, təhsil, səhiyyə və nəqliyyat da daxil olmaqla 17 sahədə QİK əməkdaşlıq protokolunu imzaladıq. Təhsil sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalandı.

Türkiyə–Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişi üzrə danışıqların ən qısa müddətdə yekunlaşdırılmasının vacibliyini vurğuladıq. Mütəşəkkil sənaye zonalarında əməkdaşlığın artırılması məsələsində ortaq mövqeyə gəldik. TOBB-un ev sahibliyi ilə keçirilən Türkiyə–Oman toplantısında mövcud layihələri və yeni imkanları iş dünyamızla birlikdə müzakirə etdik”.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr