Türkiyəli məşhur müğənni Yaşar Azərbaycana gəlir.
"Cebheinfo.az" xəbər verir ki, ifaçı Bakıda konsert verəcək.
26 apreldə Heydər Əliyev Sarayında baş tutacaq konsert saat 20:00-da başlayacaq. O, sevilən və unudulmaz hitlərini ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq.
Bilet qiymətləri isə 39 manatdan 299 manata qədərdir.