AZ

İrəvan çalxalanır: Putin Paşinyanı Priqojinlə vurdu FOTO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə əlaqələri olan “Ədalətsizlikə mübarizə fondu”nun saytında Ermənistan hökumətinin rəsmiləri bağlı yayılan iddialar rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, Rusiya lideri Vladimir Putinin keçmiş yaxın adamlarından Yevgeni Priqojinin qurucusu olduğu “Vaqner” birləşməsinə bağlı əlaqələri ilə tanınan fond Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvləri baş nazir Nikol Paşinyan və deputat Xaçatur Suikasyanı hədəf alıb.

Saytda iddia edilib ki, Paşinyan və Suikasyan Avropadan narkotik daşınmasında iştirak edirlər. Onlar Ermənistana və yaxın ölkələrə qərbdən gətirilən narkotikin satışında iştirak edirlər. Fond həmçinin İrəvan rəsmilərinin başqa üstü bağlı saxlanılan cinayətlərinin də olduğunu yazıb.

Baş nazir Nikol Paşinyana və həyat yoldaşı Anna Akopyana məxsus olan “Haykakan zamanak” qəzeti bu iddialar qarayaxma adlandırıb və rədd edib.

Ermənistan KİV bunun birbaşa Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə həyata keçirilən bir plan olduğunu yazır. Belə ki, sözügedən iddialar Ermənistanın 2026-c ildə keçiriləcək parlament seçkilərində Moskvanın kənar müdaxiləsinin qarşısının alınması üçün Avropa İttifaqına rəsmi müraciətinə Kremlin cavabıdır.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
globalinfo.az

1Mənbələr