AZ

Üsküpdə 11-ci Beynəlxalq Yahya Kemal Beyatlı Türk Dilli Şeir Şöleni keçirilib

Şimali Makedoniyanın paytaxtı Skopya şəhərində (Üsküp) 11-ci Beynəlxalq Yahya Kemal Beyatlı Türk Dilli Şeir Şöleni təşkil olunub. Tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın dəstəyi və MATÜSİTEB tərəfindən təşkil edilib.

Şölendə TİKA sədri Abdullah Eren, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mustafa Şentop, MATÜSİTEB sədri Tahsin İbrahim, eləcə də türk dünyasının müxtəlif ölkələrindən şairlər, yazarlar və ədəbiyyat adamları iştirak ediblər.

Tədbirdə VHP Qadınlar Şurasının sədri, yazar Aysel Xanlarqızı da iştirak edib. O, şeir şöleni çərçivəsində Türkiyənin TRT kanalı və bir sıra yerli televiziya kanallarına açıqlamalar verərək türk dilinin və ədəbiyyatının beynəlxalq səviyyədə qorunması və yaşadılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, şölendə Türkiyə, Azərbaycan, Şimali Makedoniya, Kosovo və digər ölkələr daxil olmaqla 12 ölkədən 30 şair öz şeirlərini səsləndirib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Səfər çərçivəsində Skopyenin türklərin yaşadığı məhəllələri, tarixi məkanları, eləcə də böyük şair Yahya Kamal Beyatlının doğulduğu ev ziyarət olunub. Qeyd edilib ki, 21 dekabr – Türk Dil Günü ilə əlaqədar tədbirlər Skopyedə müxtəlif formatlarda davam etdirilir.

Tədbirin əsas təşkilatçıları Makedoniyada fəaliyyət göstərən Köprü Dərnəyi və Köprü jurnalının təsisçiləri, ictimai xadimlər Leyla Şərif Emin və Hüsrev Emin olub.

Seçilən
87
interpress.az

1Mənbələr