Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişeli öldürməkdə ittiham olunan oğlu Nik Reynerı şizofreniya diaqnozu qoyulub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Nəşrin məlumatına görə, 32 yaşlı Nik Reyner daim psixiatrik müşahidə altında olub və dərman qəbul edib. Faciədən təxminən üç-dörd həftə əvvəl həkimlər onun dərmanlarını dəyişdiriblər. Mənbələr iddia edir ki, bundan sonra onun zehni vəziyyəti xeyli qeyri-sabitləşib. Mütəxəssislər dərmanların dozasını tənzimləyiblər, lakin bunun heç bir müsbət təsiri olmayıb.
15-19 yaşları arasında Nik dəfələrlə reabilitasiya mərkəzlərində müalicə alıb. O, 18 belə müəssisədə olub.
Nikin asılılıqları və qeyri-sabit zehni sağlamlığı səbəbindən valideynləri ilə münasibətləri mürəkkəb olub. Ailə münaqişələri müntəzəm olaraq baş verib. Mənbələrə görə, dostları ilə görüşlərin birində Reyner oğlunun ruhi sağlamlığının kəskin şəkildə pisləşməsi və mümkün nəticələrlə bağlı qorxularını açıq şəkildə etiraf edib.
Xatırladaq ki, Rob Reyner və həyat yoldaşı, fotoqraf Mişel Singerin cəsədləri Los-Ancelesdəki evlərində tapılıb. (Axşam.az)
"Cebheinfo.az"