AZ

Azərbaycan qazı TAP vasitəsilə Ukraynaya çatacaq: Yeni nəql həcmləri təsdiqlənib

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

0:00

/

2:40

x1

Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın milli enerji tənzimləyiciləri Ukraynaya təbii qaz tədarükü üçün iki yeni marşrutu təsdiqləyiblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) müstəqil operatoru olan boru kəməri şirkəti ICGB-nin mətbuat xidmətinin məlumatında deyilir.

"Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın milli enerji tənzimləyiciləri Yunanıstandan Ukraynaya təbii qazın nəqli üçün "Route 2" və "Route 3" yeni marşrutlarını rəsmi olaraq təsdiqləyiblər. Bu, regional qaz əlaqələrinin gücləndirilməsində və Ukrayna üçün təchizat təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli addım deməkdir", - ICGB-nin məlumatında bildirilir.

Noyabr ayında ICGB və Yunanıstan (DESFA), Bolqarıstan ("Bulgartransgaz"), Rumıniya ("Transgaz"), Moldova ("Vestmoldtransgaz") və Ukrayna (OGTSU) qaz nəqli sistemlərinin (QNS) operatorları Yunanıstandan Ukraynaya qaz nəqli üçün iki yeni marşrutun işə salınması barədə razılaşma imzalayıblar. Operatorlar milli tənzimləyicilərə "Route 2" və "Route 3" marşrutlarını 2025-ci ilin dekabrından 2026-cı ilin aprel ayına qədər olan dövrdə əlçatan etmək xahişi ilə müraciət ediblər.

ICGB-dən qeyd edilir ki, enerji tənzimləyicilərindən alınan icazələr Ukraynaya iki mənbədən qaz tədarükü imkanı verir - Aleksandrupolis terminalından mayeləşdirilmiş təbii qaz və Yunan-Bolqarıstan IGB interkonnektoru və Transbaldan istifadə edərək Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Xəzər boru kəməri qazı.

"2025-ci il dekabrın 22-dən etibarən bütün güclər - 1, 2 və 3 marşrutları - eyni zamanda və rəqabətli əsasda Regional Rezervasiya Platformasında (RBP) təklif olunacaq. Bazar iştirakçıları 2 və 3 marşrutları üzrə qaz nəqli dəhlizinin bütün paket güclərinə şəffaf bazar girişi əldə edəcəklər", - məlumatda deyilir.

Rəqabət qabiliyyətini artırmaq və istifadəni stimullaşdırmaq məqsədilə ICGB bu güclər üçün standart aylıq tarifindən 46% endirim tətbiq edəcək.

Qeyd edək ki, IGB boru kəməri Komotiini (Yunanıstan) rayonunda Yunanıstan milli qaz nəqli sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz boru kəməri (TAP AG) ilə, həmçinin Stara Zaqora rayonunda Bolqarıstan qaz nəqli sistemi ("Bulgartransgaz" EAD) ilə birləşir.

Boru kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düym (təxminən 80 sm - red.), layihə gücü isə Yunanıstan-Bolqarıstan istiqamətində ildə üç milyard kubmetrə qədərdir. Daha böyük gücə olan bazar tələbindən və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, IGB-nin gücü ildə beş milyard kubmetrə qədər artırıla bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
oxu.az

1Mənbələr