AZ

Rusiyadan Azərbaycana pul köçürmələri 67 milyon manat azalıb

Rusiya Federasiyasından Azərbaycana göndərilən vəsaitlərin həcmində azalma müşahidə olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan ölkəmizə daxil olan vəsait 343 milyon 888 min manat təşkil edib.

Bu da illik müqayisədə 16,3% və ya 66 milyon 830 min manat azalma deməkdir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə Rusiyadan Azərbaycana 410 milyon 718 min manat pul köçürülmüşdü.

Seçilən
80
fed.az

1Mənbələr