Misli Premyer Liqasının XVI turunda “Zirə” “İmişli”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandada Junior Martins sarı vərəqə limiti dolduğu üçün cəzalıdır. Davit Volkov və İssa Cibrila da zədə səbəbindən “İmişli”yə qarşı oynamayacaqlar. Brahim Konatenin meydana çıxıb-çıxmayacağı sual altındadır.
Rikardo Martins isə Mozambik millisinin düşərgəsində olduğu üçün bu qarşılaşmada iştirak etməyəcək.
İmişli klububda isə ciddi itki yoxdur. Yalnız Vüsal Qəmbərov zədə səbəbindən matçda çıxış edə bilməyəcək.
Qeyd edək ki, “Zirə” – “İmişli” qarşılaşması dekabrın 20-də baş tutacaq. Matçın start fiti 16:30-da səsləndiriləcək.