Qərbi Kaspi Universitetində ABŞ Dövlət Departamentinin İngilis Dili Proqramları çərçivəsində fəaliyyət göstərən İngilis dili üzrə mütəxəssis Jordan Brounun iştirakı ilə seminar keçiriləcək.
Bu seminar müəllimlərə PechaKucha metodikası vasitəsilə auditoriyanın diqqətini daha effektiv cəlb etməyi, vizual asılılığı azaldaraq təqdimat zamanı canlı və təsirli ünsiyyəti gücləndirməyi öyrədəcək.
Seminar Qərbi Kaspi Universitetinin müəllimləri üçün nəzərdə tutulub.
Tarix: 19 dekabr 2025-ci il
Saat: 11:00
Məkan: Əhməd Rəcəbli küçəsi, A binası, 501-ci otaq