ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb:“Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”. Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.