Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyəyə 142 min 382,68 ton xam neft ixrac edib.
Aznews.az xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 68 milyon 994,28 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 2,6 dəfə, dəyəri isə 2,9 dəfə azdır.
Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 0,64 % olub.