AZ

TƏBİB 7 yaşını QEYD EDİR

Ajans.az xəbər verir ki,son 7 il ərzində TƏBİB səhiyyə sisteminin yenidən qurulması, idarəetmənin təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm mərhələlərdən keçib. Qurumun fəaliyyəti xüsusilə COVID-19 pandemiyası və Vətən müharibəsi kimi son dərəcə həssas və məsuliyyətli dövrlərdə ön plana çıxıb. Bu dövrlərdə operativlik, peşəkarlıq və məsuliyyətli yanaşma əsas prinsiplərdən olub. TƏBİB-in 7 illik fəaliyyəti çərçivəsində səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində bir sıra mühüm layihələr icra edilib. Modul tipli klinikalar qurulub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilib, elektron növbə sistemi yaradılıb, mikroskopiya otaqları fəaliyyətə başlayıb.

Eyni zamanda, ölkədə ilk dəfə olaraq canlıdan canlıya qaraciyər və böyrək köçürülməsi əməliyyatları həyata keçirilib, sümük iliyi transplantasiyası tətbiq olunub. “Mentor Klinika” layihəsi çərçivəsində tibb işçilərinin peşəkar inkişafına xüsusi diqqət yetirilib.

Seçilən
71
1
Ajans.az

2Mənbələr