Bakı. Trend:
Bu həftə ərzində Azeri Light CIF, Azeri Light FOB Ceyhan vəDated Brent markalı neftin orta qiymətləri azalıb.
Trend xəbər verirki, Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən AzeriLight CIF markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə1,53 ABŞ dolları və ya 2,4 faiz azalaraq bir barel üçün 63,54 ABŞdolları təşkil edib.
Həftə ərzində maksimal qiymət bir barel üçün 64,25 ABŞ dolları,minimal qiymət isə 62,45 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalıneftin orta qiyməti bir barel üçün 61,46 ABŞ dolları təşkil edibki, bu da ötən həftə ilə müqayisədə 1,63 ABŞ dolları və ya 2,6 faizazdır. Həftə ərzində maksimal qiymət 62,15 ABŞ dolları, minimalqiymət isə 60,40 ABŞ dolları olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə3,9 ABŞ dolları və ya 10,8 faiz azalaraq bir barel üçün 32,01 ABŞdolları səviyyəsində olub. Həftə ərzində maksimal qiymət 33,25 ABŞdolları, minimal qiymət isə 31,39 ABŞ dolları təşkil edib.
Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 60,91 ABŞdolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,74 ABŞdolları və ya 2,8 faiz azdır. Həftə ərzində bu markalı neftinmaksimal qiyməti 61,40 ABŞ dolları, minimal qiyməti isə 60,20 ABŞdolları təşkil edib.
Neft / tarix | 15.12.2025 | 16.12.2025 | 17.12.2025 | 18.12.2025 | 19.12.2025 | Orta qiymət |
Azeri LT CIF | $63.73 | $62.45 | $63.40 | $63.87 | $64.25 | $63.54 |
Azeri Light FOB Ceyhan | $61.67 | $60.40 | $61.32 | $61.77 | $62.15 | $61.46 |
Urals (EX NOVO) | $33.25 | $31.39 | $31.61 | $31.76 | $32.05 | $32.01 |
Dated Brent | $61.40 | $60.20 | $60.87 | $60.93 | $61.17 | $60.91 |