AZ

Azərbaycan enerji və nəqliyyat logistika sahəsində liderə çevrilə bilər

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycan enerji, nəqliyyat-logistika sahəsində liderə çevrilə bilər. Azərbaycanın belə vizyonu var”.

525.az xəbər verir ki, bunu Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Monteneqro da enerji sahəsində Balkanlar və Avropa arasında huba çevrilə bilər: “Monteneqronun bu sahədə çox böyük potensialı var. İkinci dənizaltı kabel çəkilməsini planlaşdırırıq".

Monteneqronun nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Biz çox gözəl layihələr həyata keçirə bilərik. Adriatik Boru Kəməri İttifaqı ilə əməkdaşlıq üçün imkan tapa bilərik. Monteneqronun bu sahədə coğrafi yerləşməsi çox yaxşıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
525.az

2Mənbələr