"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann 3 klubdan rəsmi təklif alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Məlumata görə, bunla "Əl-Əhli" (Səudiyyə Ərəbistanı), Əl-Vahda (BƏƏ) və MLS təmsilçisi "Şarlott"dur.
34 yaşlı forvardın "İnter Mayami", "Olimpik Lion", "Yuventus" və "Qalatasaray"ın da transfer siyahısında olduğu bildirilib.
Qeyd edək ki, Qrizmannın "Atletiko" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 24 matça çıxan təcrübəli futbolçu 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat