Bakı. Trend:
2020-ci ildə başa çatan müharibə və 2023-cü ildə Azərbaycanın özsuverenliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yenisiyasi-hüquqi reallıq formalaşdırdı. Bu reallıq regiondauzunmüddətli sülh, əməkdaşlıq və inteqrasiya üçün unikal imkanlaryaratsa da, paralel olaraq müəyyən dairələrin bu prosesi qəbuletmədiyi də aydın görünür. Xüsusilə xaricdə fəaliyyət göstərənerməni diasporu və onunla bağlı siyasi-lobbi strukturları yenimərhələyə uyğunlaşmaq əvəzinə, keçmiş münaqişə dövrününritorikasını yaşatmaq xəttini seçiblər.
2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanarasında sülh sazişinin paraflanması region üçün mühüm diplomatiknailiyyət kimi qiymətləndirilsə də, bu hadisə erməni lobbisininfəaliyyətində dönüş yaratmadı. Əksinə, bəzi lobbi mərkəzləri sankiprosesin başa çatmadığı, münaqişənin hələ də “açıq qaldığı”görüntüsünü yaratmaq üçün daha sistemli və məqsədli addımlar atmağabaşladılar. Bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə, eləcədə regionda formalaşmış yeni status-kvoya ziddir.
Ləğv edilmiş separatçı qurumun süni şəkildə“dirçəldilməsi” cəhdləri
Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpaolunmasından sonra separatçı qurum hüquqi və siyasi baxımdanmövcudluğunu itirib. Bununla belə, erməni diasporunun bəzimərkəzləri bu reallığı qəbul etməyərək, ləğv edilmiş strukturumüxtəlif adlar altında yaşatmağa cəhd göstərirlər. Xüsusilə 2023-cüilin dekabrında qondarma rejimin keçmiş “parlament” üzvlərinintəşəbbüsü ilə yaradılan komitə bu strategiyanın açıqnümunəsidir.
Bu cür təşəbbüslərin əsas məqsədi faktiki mövcud olmayan birquruma “siyasi subyektlik” görüntüsü vermək, gələcəkdə isə onubeynəlxalq platformalarda hüquqi iddiaların predmeti kimi təqdimetməkdir. Azərbaycan baxımından bu yanaşma açıq şəkildə revanşizməxidmət edir və regionda sülh gündəliyini zədələyən amillərdənbiridir.
Revanşist lobbinin beynəlxalq institutlaratəsiri
Erməni lobbisinin fəaliyyəti təkcə bəyanatlar və simvoliktəşəbbüslərlə məhdudlaşmır. Bu dairələr konkret siyasi nəticələrəldə etməyə çalışaraq beynəlxalq təşkilatlar və parlamentlərüzərində təsir mexanizmlərini işə salırlar. Keçmiş Ermənistanxarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi strukturunfəaliyyəti bunun bariz nümunəsidir.
Məhz bu lobbiçilik səyləri nəticəsində Avropa Parlamenti vəFransa Senatı kimi qurumlarda Azərbaycana qarşı qərəzli, birtərəflivə reallıqlardan uzaq qətnamələr qəbul olunub. Bu sənədlər nəbeynəlxalq hüququn prinsiplərinə, nə də regionda mövcud olanfaktiki vəziyyətə əsaslanır. Əksinə, onlar Ermənistan cəmiyyətindəyanlış gözləntilər formalaşdırır və sülh prosesinə inamsızlığıdərinləşdirir.
Ermənistan diplomatiyası və lobbi təsiriməsələsi
Bəzi hallarda belə bir təəssürat yaranır ki, revanşist lobbidairələrinin mövqeləri Ermənistanın rəsmi diplomatik sənədlərindədə dolayı yolla əksini tapır. Avropa İttifaqı ilə Ermənistanarasında imzalanmış bəzi sənədlərdə münaqişənin artıq mövcudolmayan aspektlərinə istinad edilməsi bu qənaəti gücləndirir. Buisə sual doğurur: rəsmi İrəvan həqiqətən sülh gündəliyinəsadiqdirmi, yoxsa diasporun təzyiqləri altında ziddiyyətli mesajlarverir?
Azərbaycanın mövqeyi aydındır: sülh prosesi yalnız qarşılıqlısuverenliyin tanınması, ərazi bütövlüyünə hörmət və daxili işlərəqarışmamaq prinsipləri əsasında mümkün ola bilər. Keçmişnarrativlərin diplomatik sənədlərə daşınması isə bu prinsiplərləziddiyyət təşkil edir.
Revanşizm Ermənistanın öz maraqlarına daziddir
Erməni lobbisinin fəaliyyəti yalnız Azərbaycana qarşıyönəlməyib. Əslində bu yanaşma Ermənistanın öz dövlətçiliyinə vəcəmiyyətinin gələcəyinə də zərər vurur. Davamlı qarşıdurmaritorikası Ermənistan cəmiyyətini sülhə deyil, yeni münaqişərisklərinə kökləyir, ölkənin iqtisadi və sosial inkişafperspektivlərini zəiflədir.
2020-ci ildən əvvəlki düşüncə tərzi ilə hərəkət edən lobbidairələri Ermənistanın regional layihələrdən kənarda qalmasına,izolyasiyasının dərinləşməsinə xidmət edir. Bu baxımdan, revanşistfəaliyyət təkcə destruktiv deyil, həm də qeyri-real və zərərlistrategiyadır.
Ermənistan hökumətinin məsuliyyəti
Mövcud şəraitdə Ermənistan hökumətinin üzərinə mühüm məsuliyyətdüşür. Rəsmi İrəvan destruktiv lobbi təsirlərini minimumaendirməli, sülh gündəliyinə zidd fəaliyyət göstərən şəxslərin vəqrupların qarşısını almalıdır. Xüsusilə Vardan Oskanyan kimifiqurların regionda normallaşma prosesinə zərbə vuran təşəbbüsləriErmənistanın rəsmi siyasəti ilə uzlaşmamalıdır.
Əgər Ermənistan həqiqətən uzunmüddətli sabitlik və inkişafistəyirsə, keçmişə deyil, gələcəyə fokuslanmalı, qonşularla normalmünasibətlər qurmaq yolunu seçməlidir.
Beynəlxalq aləmdə dövriyyəyə buraxılan əsasnarrativlər
2023-cü ildən sonra erməni lobbisinin beynəlxalq platformalardairəli sürdüyü tezislər sistemli xarakter daşıyır. Bu narrativlərəsasən humanitar və insan hüquqları adı altında təqdim olunsa da,mahiyyət etibarilə Azərbaycanın suveren hüquqlarını şübhə altınaalmağa yönəlib. “Beynəlxalq təhlükəsizlik zəmanətləri”, “kollektivqayıdış”, “sanksiyalar”, “hərbi embarqo” kimi çağırışlar bustrategiyanın tərkib hissəsidir.
Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə ərazisində yaşayanbütün etnik qrupların hüquqları Konstitusiya ilə təmin olunur.Xarici müdaxilə və beynəlxalq “zəmanət” tələbləri isə dövlətindaxili işlərinə qarışmaq cəhdidir və qəbuledilməzdir.
“Yatmış” hüquqi mexanizmlərin yaradılmasıcəhdləri
Erməni diasporunun uzunmüddətli strategiyası yalnız caritəzyiqlərlə məhdudlaşmır. Onlar gələcəkdə revanşist qüvvələrinhakimiyyətə qayıdacağı ehtimalını nəzərə alaraq, indidənhüquqi-siyasi “baza” formalaşdırmağa çalışırlar. Müxtəlifparlamentlərdə qəbul olunan simvolik qətnamələr məhz bu məqsədəxidmət edir.
Bu cür addımlar sülh prosesinin legitimliyini sual altınaalmağa, gələcəkdə yeni iddialar üçün zəmin yaratmağa hesablanıb.Azərbaycan isə beynəlxalq hüquqa əsaslanaraq bu cəhdlərin hüquqiqüvvəsinin olmadığını qətiyyətlə bildirir.
Keçirilmiş tədbirlər və siyasikampaniyalar
Son illərdə müxtəlif ölkələrdə və beynəlxalq platformalardaqəbul edilən qətnamələr erməni lobbisinin koordinasiyalıfəaliyyətinin nəticəsidir. Avstraliya, Belçika, ABŞ Konqresi,Sosialist İnternasionalı və Avropa Sosialistlər Partiyasıçərçivəsində aparılan kampaniyalar eyni ritorikanın təkrarlandığınıgöstərir. Dini platformalarda təşkil edilən tədbirlərdə belə siyasiçağırışların yer alması isə bu məsələnin nə qədər məqsədli şəkildəsiyasiləşdirildiyini nümayiş etdirir.
Azərbaycan bu kampaniyaların qərəzli xarakterini ifşa etməli, özmövqeyini ardıcıl və prinsipial şəkildə beynəlxalq ictimaiyyətəçatdırmalıdır.
Erməni lobbisinin revanşist fəaliyyəti regionda sülh və sabitliküçün əsas risklərdən biri olaraq qalır. Bu fəaliyyət nəreallıqlara, nə beynəlxalq hüquqa, nə də Ermənistanın özmaraqlarına uyğundur. Azərbaycanın mövqeyi isə dəyişməzdir:suverenlik, ərazi bütövlüyü və daxili işlərə müdaxiləninyolverilməzliyi.
Dayanıqlı sülh yalnız keçmişlə hesablaşmaq, reallığı qəbul etməkvə gələcəyə yönəlmiş siyasət yürütmək yolu ilə mümkündür. Revanşizmisə bu yolun əksidir.