AZ

“AzMİU Azərbaycan üçün önəmli bir universitetdir” Məsud Əfəndiyev

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib. Bu əlamətdar tarixin qeyd olunması təkcə bir ali təhsil müəssisəsinin yarım əsrlik fəaliyyət yoluna nəzər salmaq deyil, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün rəmzidir.

525.az xəbər verir ki, tədbirin iştirakçıları arasında olan dünya şöhrətli alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev təəssüratlarını bölüşüb.

O, jurnalistlərə açıqlamasında AzMİU-nun ölkəmiz üçün önəmli bir universitet olduğunu vurğulayıb:

“Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçdiyi 50 illik yol tədbirdə gözümüzün qarşısında canlandı. AzMİU Azərbaycan üçün önəmli bir universitetdir. Memarlıq və inşaat bizim qalib xalqımıza yaraşan, Azərbaycan üçün vacib olan komponentlərdən biridir. Tədbirdə Memarlıq və İnşaat Universiteti barədə çox gözəl fikirlər səsləndi, onun müstəsna rol oynadığı vurğulandı”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
525.az

1Mənbələr